"Qalatasaray" Çempionlar Liqasında Almaniya təmsilçisi "Ştutqart"ı 2:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, İstanbul klubu vacib qələbə sayəsində son həftələrdəki uğurlu seriyasını davam etdirib.

Okan Burukun rəhbərlik etdiyi komanda son 17 gün ərzində keçirdiyi bütün 5 rəsmi görüşün hamısından qələbə ilə ayrılmağı bacarıb. Bu müddət ərzində "sarı-qırmızılılar" həm daxili çempionatda, həm də Avropa arenasında inamlı təsir bağışlayıblar.

"Qalatasaray" keçirdiyi 5 qarşılaşmanın 4-də qapısını toxunulmaz saxlayıb və rəqib qapılarına ümumilikdə 13 qol vurub.

Komandanın son 17 gündəki nəticələri:

  • Trendyol Super Liqa: "Qalatasaray" – "Gənclərbirliyi" (1:0)
  • UEFA Çempionlar Liqası: "Qalatasaray" – "Lill" (4:2)
  • Trendyol Super Liqa: "Fənərbaxça" – "Qalatasaray" (1:2)
  • Trendyol Super Liqa: "Qalatasaray" – "Konyaspor" (4:0)
  • UEFA Çempionlar Liqası: "Qalatasaray" – "Ştutqart" (2:0)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest