“Öz meydanımızda oynayacağıq. Bizi “Sabah”a qarşı maraqlı və gərgin oyun gözləyir. Azarkeşlərimizin yaratdığı atmosferə arxalanacağıq, komanda gücünü onların dəstəyindən alır”

Norveçin “Vikinq” klubunun baş məşqçisi Byarte Lunde Aarsheym UEFA Çempionlar Liqasının IV turunda “Sabah”la keçiriləcək oyun ərəfəsində mətbuat konfransında çıxış edib. Matc.az xəbər verir ki, mütəxəssis evdə oynamağın üstünlüklərindən yararlanmaq niyyətində olduqlarını bildirib.

“Öz meydanımızda oynayacağıq. Bizi “Sabah”a qarşı maraqlı və gərgin oyun gözləyir. Azarkeşlərimizin yaratdığı atmosferə arxalanacağıq, komanda gücünü onların dəstəyindən alır” – deyə, Aarsheym vurğulayıb.

O, komandada əhval-ruhiyyənin yüksək olduğunu, zədəli futbolçuların isə tədricən sıraya qayıtdığını əlavə edib: “İnanırıq ki, “Sabah”la görüşdə 3 xal bizim olacaq”.

Norveçli məşqçi rəqibin baş məşqçisi Valdas Dambrauskasın həyat yolu barədə də məlumatlı olduğunu deyib. Aarsheymin sözlərinə görə, Dambrauskas əvvəllər bir verlişdə qazandığı pulu məşqçilik təhsilinə xərcləyib və bu yolla irəliləyib: “Bu, həqiqətən, çox maraqlı hadisədir”.

Qeyd edək ki, “Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest