Portuqaliyanın "Sportinq" klubu baş məşqçi postuna yeni mütəxəssis cəlb edib. Matc.az xəbər verir ki, Fransanın "Lion" klubu 53 yaşlı mütəxəssis Paulo Fonsekanın tutduğu vəzifədən ayrılaraq Lissabon təmsilçisi ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.

Əldə olunan razılaşmaya əsasən, "Sportin" təcrübəli mütəxəssisin Fransanın "Lion" klubu ilə olan müqaviləsinə vaxtından əvvəl xitam verilməsi qarşılığında qarşı tərəfə 5 milyon avro təzminat ödəyəcək.

Fonsekanın gedişindən sonra "Lion"da baş məşqçi postu boş qalmayıb. Fransız klubunun rəhbərliyi müvəqqəti olaraq komandanı Paulo Fonsekanın köməkçisi olmuş Xorxe Masielə həvalə edib.

Lissabon təmsilçisinin yeni baş məşqçisi ilə rəsmi təqdimat mərasiminin və müqavilə detallarının yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest