O, bununla səkkizqat “Qızıl top” sahibi argentinalı Lionel Messini və həmyerlisi Tomas Mülleri geridə qoyub. Noyer alman futbolçular arasında bu göstəriciyə görə rekordçudur.
Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer Çempionlar Liqası tarixində ən çox oyuna çıxan futbolçular siyahısında üçüncü yerə yüksəlib. Matc.az xəbər verir ki, “Atletiko”ya (Madrid) qarşı dördüncü turun səfər görüşü Noyerin bu turnirdəki 164-cü görüşü olub.
O, bununla səkkizqat “Qızıl top” sahibi argentinalı Lionel Messini və həmyerlisi Tomas Mülleri geridə qoyub. Noyer alman futbolçular arasında bu göstəriciyə görə rekordçudur.
Çempionlar Liqasında ondan daha çox oyuna çıxan yalnız iki futbolçu var və hər ikisi vaxtilə Madrid “Real”ında çıxış edib. Dünya və Avropa çempionu, ispaniyalı qapıçı İker Kasilyas 177 oyun keçirib. Beşqat “Qızıl top” sahibi, həm futbol tarixində, həm də Çempionlar Liqasında ən çox qol vuran Kriştiano Ronaldo isə 183 matçla siyahıya başçılıq edir.
40 yaşlı Noyer 2011-ci ildən “Bavariya”nın qapısını qoruyur. Bu müddətdə 13 dəfə Almaniya çempionu, 8 dəfə ölkə Superkubokunun və 6 dəfə Almaniya Kubokunun qalibi olub. Həmçinin iki dəfə Çempionlar Liqasında, UEFA Superkubokunda və FİFA Klublararası Dünya Çempionatında zəfər qazanıb. Almaniya milli komandasının heyətində isə 2014-cü ildə dünya çempionu olub, 2010-cu ildə Dünya çempionatının bürünc medalını qazanıb.













