Azərbaycan 1-ci Liqasının 7-ci turunda  bu gün keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” görüşü baş tutmayıb. Matc.az xəbər verir ki, qonaq konanda meydana çıxsa da, meydan sahiblərinin futbolçuları oyunu boykot ediblər. 
 
Buna səbəb onların uzun müddətdir maaşlarını ala bilməmələridir. Futbolçular etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina ediblər.
 
Saat 15:00-da başlamalı olan qarşılaşma keçirilməyib. “Mingəçevir” klubuna texniki məğlubiyyət verilməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest