"Mançester Yunayted"in yarımmüdafiəçisi Meyson Maunt ciddi zədə alıb və mart ayına qədər komandasına kömək etməyəcək.

Matc.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

Futbolçu Premyer Liqanın 16-cı turunun "Mançester Siti" ilə (2:1) ilə oyundazədələnib. O, meydana start heyətində daxil olub və artıq oyunun 14-cü dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bu mövsüm Maunt "Mançester Yunayted"in heyətində bütün yarışlarda 12 oyuna çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest