“Juninyo son dərəcə sürətli və əla bitiricidi. O, belə keyfiyyətlə Avropanın istənilən çempionatına uyğunlaşa bilər”. Matc.az xəbər verir ki, bunu portuqaliyalı məşqçi Vitor Kampelos İspaniya mətbuatına açıqlamasında deyib.
Ölkəsinin “Çaves” klubunda Juninyonun baş məşqçisi olmuş 49 yaşlı mütəxəssis braziliyalı hücumçunun “Sevilya”ya faydalı olacağını düşür: “Juninyonun 28 yaşı var və indi daha yetkindi. “Sevilya” azarkeşlərinə çoxlu sevinc bəxş edə bilər. Onda məşqçilərin bəyəndiyi bütün xüsusiyyətlər mövcuddur. Hücumda sürətli olmaqla yanaşı, komanda oyununa da yaxşı fayda verir. Fikrimcə, Juninyo “Sevilya”ya tez uyğunlaşar”.
Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Juninyo Olavio “Sevilya”nın maraq dairəsindədi. “Sambaçı”nın “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.