Braziliyalı futbolçu Oskar ölkəsinə qayıdıb. Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını vətənində davam etdirəcək.

O, 14 ildən sonra yenidən “San-Paulo”nun formasını geyinib. Oskar köhnə-yeni komandası ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. Ulduz futbolçu 2008-2010-cu illərdə “San-Paulo”da çıxış edib.

Qeyd edək ki, Oskar son olaraq 2017-2024-cü illərdə Çinin “Şanxay Port” klubunun uğurları üçün çalışıb. O, Çin klubunun heyətində 179 oyunda 58 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest