“Mançester Yunayted” yeni transfer büdcəsi formalaşdırıb. Matc.az xəbər verir ki, Premyer Liqa klubu bunun üçün 230 milyon avro ayıracaq.

“Qırmızı şeytanlar”ın ilk transfer hədəfi “Barselona”nın vingeri Rafinya olacaq. Mançesterlilər braziliyalının keçidi üçün La Liqa nəhənginə 80+10 milyon avro ödəməyə hazırdı.

Baş məşqçi Ruben Amorimin komandasında görmək istədiyi digər oyunçu “Sportinq”in isveçli hücumçusu Viktor Qyokereşdi.

“Mançester Yunayted”, həmçinin qapı xəttini də gücləndirmək niyyətindədi. Klub Dortmund “Borussiya”sının qolkiperi Qreqor Kobeli əsas qapıçı gözündə görür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest