“Arsenal” hücumçusu Reiss Nelsonla bağlı qərarını verib. Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi 25 yaşlı futbolçunu satmağı planlaşdırır.

İngiltərənin gənclər millisinin sabiq üzvü hazırda “Fulhem”də icarə əsasında çıxış edir. Lakin London təmsilçisi onu qaytarmaq fikrində deyil. “Topçular” Nelson üçün artıq təklif gözləyir. Futbolçu ən geci mövsümün sonunda satılacaq.

Qeyd edək ki, Reiss Nelson Premyer Liqanın cari mövsümündə 11 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest