“Barselona” yarımmüdafiəçisi Lamin Yamalla müqaviləni uzatmağa yaxındı. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira paylaşım edib.

Onun sözlərinə görə, tərəflər arasında yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub. Yeni sazişə əsasən Yamal üçün təzminat 1 milyard avro təşkil edəcək.

Qeyd edək ki, 17 yaşlı Lamin Yamal bu mövsüm La Liqada 16 oyun keçirib, 5 qol, 9 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest