25 Dekabr 2024, 12:15
FUTBOL
“Real”ın hücumçusu Kilian Mbappe İspaniya La Liqasının XVIII turunda “Sevilya” ilə oyundan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, fransalı forvard komandasının 4:2 hesabı ilə qalib gəldiyi görüşdə 1 qol, 1 assistlə yadda qalıb.
26 yaşlı futbolçu daha yaxşı olacağını söyləyib: “Bura uyğunlaşma dövrüm tamamlandı. Baş məşqçi Karlo Ançelottinin dediyi kimi, getdikcə yaxşılaşıram. Amma daha çox şeyə qadir olduğumu bilirəm. Hələ də ayaqlarımda o “dəlilik” var. Özümü əla hiss edirəm”.
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm La Liqada 10 qol vurub, 2 məhsuldar ötürmə verib.