“Barselona”nın hücumçusu Vitor Roke Braziliyaya qayıda bilər. Matc.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Palmeyras” maraqlanır.

“Palmeyras” rəsmiləri hazırda “Betis”də icarə əsasında çıxış edən Braziliya millisinin üzvünün meneceri təmasa keçib. Tezliklə tərəflər arasında ilkin danışığın olması gözlənilir.

Qeyd edək ki, Vitor Roke “Barselona”ya keçməzdən əvvəl ölkəsində “Kruzeyro” və “Atletiko Paranaense”də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest