25 Dekabr 2024, 13:22
FUTBOL
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanı iki futbolçu ilə gücləndirmək istəyir. Matc.az xəbər verir ki, mütəxəssis skautların Portuqaliya bazarında daha fəal işləməsini tapşırıb.
Amorim əsas hədəflərini də müəyyənləşdirib. O, “Sportinq”dən Covani Kvenda və “Benfika”dan Antonio Silva ilə maraqlanır. Amorim yeni Kriştiano Ronaldo axtarışında olduğundan, Kvendanı bu yeri tutmağa layiqli namizəd hesab edir. 17 yaşlı vinger məhz Amorimin rəhbərliyi altında Lissabon klubunda üzə çıxıb. Hazırda onu “Mançester Siti”, “Liverpul” və “Yuventus” da istəyir.
Silva isə “Mançester Siti”nin müdafiəçisi Ruben Diasla müqayisə olunur. O, cəmi 21 yaşı olmasına baxmayaraq, Portuqaliyanın ən yaxşı müdafiəçilərindən biri sayılır.