Serbiyalı futbolçu ilə baş məşqçi Frank Artiqanın qərarı ilə yollar ayrılıb.

“Zirə”nin sabiq müdafiəçisi Nemanya Andelkoviç klubsuz qalıb. Matc.az xəbər verir ki, Rusiya təmsilçisi "Ximki" onunla yollarını ayırıb.

Bu barədə məlumat klubun mətbuat xidməti tərəfindən yayılıb. Serbiyalı futbolçu ilə baş məşqçi Frank Artiqanın qərarı ilə yollar ayrılıb.

Qeyd edək ki, Andelkoviç 2021-2023-cü illərdə “Zirə”nin uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest