25 Dekabr 2024, 16:26
FUTBOL
“Napoli” “Roma”nın kapitanı Lorentso Pelleqrinini transfer etmək niyyətindədi. Matc.az xəbər verir ki, Neapol təmsilçisi 28 yaşlı yarımmüdafiəçinin transferi üçün danışıqlara başlayıb.
“Napoli”nin baş məşqçisi Antonio Konte rəhbərliklə söhbətində Pelleqrinini ixtiyarında görmək istədiyini, onun komandaya əlavə güc qatacağını bildirib. “Roma”da əsas heyətdən tamamilə uzaqlaşdırılmış Lorentso da “Napoli”yə keçməkdə maraqlıdı.
Qeyd edək ki, Pelleqrininin Roma” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.