25 Dekabr 2024, 17:27
FUTBOL
"Real"da ayrılıq yaşana bilər. Matc.az xəbər verir ki, Madrid klubu öz yetirməsi olan Lukas Vaskeslə əməkdaşlığa son qoya bilər.
Belə ki, Vaskesin karyerasını “Sevilya”da davam etdirmək variantı gündəmə gəlib. La Liqa təmsilçisi 33 yaşlı oyunçu ilə yaxından maraqlanır. Lukasın “Real”la sözləşməni cari mövsümün sonuna qədərdi. Bu isə o deməkdi ki, Vaskes müqaviləsinin sonuna 6 ay qalmış, yəni yanvar ayından etibarən istədiyi klubla danışıqlara başlaya bilər.
Qeyd edək ki, Vaskes "Real"da ümumilikdə 371 oyun keçirib.