Rumıniyanın "Petrolul Ploieşti" klubu baş məşqçisi Mehmet Topalla əməkdaşlığa son qoyub. Matc.az xəbər verir ki, türkiyəli mütəxəssisin sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə məlumat klubun mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd edək ki, M.Topal mövsümün əvvəlində "Petrolul Ploieşti"nin baş məşqçisi postuna gətirilmişdi. Komanda ölkə çempionatında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest