Türkiyənin "Başakşehir" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi "Adana Demirspor"dan Yusuf Sarını transfer edib. "Başakşehir" 26 yaşlı vingerlə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Yusuf Sarı 2022-ci ilin yayından "Adana Demirspor"da çıxış edirdi. Türkiyə millisinin üzvü bu mövsüm "mavi şimşəklər"in heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest