Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.xəbər verir ki, İstanbul təmsilçisi icarə əsasında "Benfika"da çıxış edən İssa Kaboreni transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Qalatasaray" burkina fasolu sağ cinah müdafiəçisi üçün onun müqavilə ilə məxsus olduğu "Mançester Siti"yə 6 milyon avro təklif edib. "Sarı-qırmızılar"ın 23 yaşlı oyunçunun keçidini yekunlaşdırmağa yaxın olduğu bildirilir.

Qeyd edək ki, İssa Kabore bu ilin sentyabr ayından "Benfika"da çıxış edir. Burkina Faso millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest