25 Dekabr 2024, 22:03
FUTBOL
Fransa millisinin və İspaniya təmsilçisi "Barselona"nın sabiq futbolçusu Samuel Umtiti 31 yaşında karyerasını bitirməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə "Diario Spor" məlumat yayıb
Bildirilir ki, buna onun dizindəki xroniki zədə səbəb olub.
Hazırda ölkəsində "Lill" klubunun formasını geyinən müdafiəçi 2024-cü ildə cəmi 1 oyunda meydana çıxıb.
Qeyd edək ki ki, fevral və avqust aylarında dizindən əməliyyat olunan Umtitinin müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.