"Sofascore" internet portalı Almaniya Bundesliqasının 2024-cü il üçün simvolik komandasını dərc edib.

Matc.az xəbər verir ki, ən yüksək balı (7,82) Leverkuzen "Bayer"nin yarımmüdafiəçisi Florian Virtz toplayıb.

Simvolik komandaya aşağıdakı oyunçular daxil edilib:

Qapıçı: Frederik Rönnov ("Yunon", xal - 7,29);

Müdafiəçilər: Alexandro Qrimaldo ("Bayer", Leverkuzen - 7,68), Niko Şlotterbek ("Borussiya", Dortmund - 7,36), Villi Orban ("RB Leypsiq" - 7,18), Coşua Kimmix ("Bavariya" - 7,68);

Yarımmüdafiəçilər: Qranit Xaka ("Bayer", Leverkuzen - 7,59), Nadim Amiri ("Bayer", Leverkuzen/Maynts - 7,39), Camal Musiala ("Bavariya" - 7,78), Florian Virts ("Bayer", Leverkuzen - 7,78), 82);

Hücumçular: Harri Keyn ("Bavariya" - 7,74), Ömər Marmuş ("Ayntraxt" - 7,72).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest