26 Dekabr 2024, 09:44
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola maraqlı addım atıb. Matc.az xəbər verir ki, ispan çalışdırıcı bu həftə keçirəcəkləri matçdan əvvəl futbolçuları evə buraxmamaq qərarına gəlib.
"Şəhərlilər"in üzvləri Premyer Liqanın 18-ci turunda bu gün "Everton"la baş tutacaq oyundan əvvəl klubun bazasında gecələyiblər. Qvardiolanı bu addımı atmağa komandanın qələbəsiz oyunlar seriyası məcbur edib
Qeyd edək ki, “Mançester Siti” bütün turnirlərdə son 12 görüşdə cəmi 1 qələbəyə nail olub.