"Sportinq"in yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Lissabon klubu Rui Borges ilə anlaşıb.

43 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanacaq. "Vitoriya"nın çalışdırıcısı ilə əvvəlcə cari mövsümün sonunadək nəzərdə tutulmuş sözləşməyə qol çəkiləcək. Bu keçidə "Sportinq" "Vitoriya"ya 4 milyon avro ödəyəcək. Borges yeni iş yerində özünü doğruldacağı halda, yayda onun müqaviləsinin müddəti uzadılacaq.

Qeyd edək ki, Ruben Amorimin "Mançester Yunayted"ə gedişindən sonra komandanı Joao Pereyra çalışdırıb. Ancaq onun fəaliyyəti uğursuz olduğundan, qısa çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest