“Panatinaikos”dan ayrıldıqdan sonra işsiz qalan Fatih Terim yenidən ölkəsindən kənarda çalışacaq. Matc.az xəbər verir ki, türkiyəli çalışdırıcı Səudiyyə Ərəbistanına köçür.

Onun "Əl Şəbab" klubunu çalışdıracağı haqda xəbərlər yayılıb. Türkiyə mətbuatı tərəflər arasında razılıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, Terimin adı Türkiyə mətbuatında “Neftçi” ilə də birgə çəkilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest