I Liqanın son turunda baş verən neqativ hallar da hüquqi qiymətini tapıb.

AFFA İntizam Komitəsinin iclasında I Liqanın son turunda baş verən neqativ hallar da hüquqi qiymətini tapıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

I Liqada XI turun “Difai” - MOİK oyununun 73-cü dəqiqəsində “Difai”nin 55 nömrəli futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Difai” klubu 150 manat cərimə edilib.

“Difai” - MOİK oyununun 90+3-cü dəqiqəsində “Difai” komandasının heyətində adı matçın protokolunda olmayan 10 nömrəli futbolçu Tahir Zeynalov oyuna daxil olduğuna görə “Difai”yə 0:3 hesablı texniki məğlubiyyət verilib, komanda 400 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest