Kadi Borges Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına biganə qalmayıb.

“Qarabağ"ın sabiq yarımmüdafiəçisi Kadi Borges Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına biganə qalmayıb. Matc.az xəbər verir ki, braziliyalı oyunçu bununla bağlı başsağlığı verib.

Kadi sosial şəbəkə hesabında paylaşım edib. O, faciədə həlak olanlara Allahdan rəhmət diləyib.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtəsdə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest