“Liverpul” rəhbərliyi komandanın aparıcı futbolçusu Məhəmməd Salahla yeni müqavilə bağlamağa yaxındı. Matc.az xəbər verir ki, misirli hücumçunun yayda “qırmızılar”dan ayrılmaq ehtimalı yüksək dəyərləndirilsə də, vəziyyət dəyişib.

Premyer Liqa təmsilçisi Salahla əməkdaşlığı davam etdirmək fikrini qətiləşdirib. “Liverpul”la hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq futbolçuya yeni sözləşmə təklif olunub. Yeni sazişin 2+1 formatı ilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Salah cari mövsümdə “Liverpul”un heyətində 24 oyunda 18 qol və 15 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest