“Real”ın hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanı Liqasından gələn təkliflər barədə danışıb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu buna müsbət yanaşmır.
O, karyerasını “kral klubu”nda davam etdirmək arzusundadır: “Mən sakitəm, çünki 2027-ci ilə qədər müqaviləm var və onu mümkün qədər tez uzatmağı arzulayıram. Burada – ən yaxşı məşqçi (Karlo Ançelotti) və ən yaxşı azarkeşlərlə çox xoşbəxtəm. Hamı məni sevir və mənim üçün heç yerdə buradan yaxşı olmayacaq. Burada qalmaq, tarix yazmağa davam etmək istəyirəm. Prezident (Florentino Peres) və klub mənə hər şey verib. Uşaqlıq arzum artıq gerçəkləşib və burada qalmaq istəyirəm”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları braziliyalı ulduzu 240 milyon avrodan çox məbləğə transfer etmək istəyir. Lakin “Real” Vinisiusu satmaq fikrindən uzaqdır.