06 Mart 2025, 12:44
FUTBOL
“Barselona”nın gənc ulduzu Lamin Yamal sabiq kapitan Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib. Matc.az xəbər verir ki, 17 yaşlı forvard buna önəm vermədiyini söyləyib.
İspaniya millisinin üzvü komandasına xeyir vermək barədə düşündüyünü vurğulayıb: “Oyunumda əsas diqqətimi özümə yönəldirəm və komandam üçün əlimdən gələni etməyə çalışıram. Statistikaya çox önəm verən futbolçulardan deyiləm – oynayıram ki, həm özüm həzz alım, həm azarkeşləri sevindirim, həm də qalib gələk. Kimdənsə daha yaxşı və ya pis olmaq barədə düşünmürəm”.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lamin Yamal 2023-cü ildən əsas komandada oynayır.