06 Mart 2025, 13:26
FUTBOL
“Tottenhem” mövsümün sonunda Timo Verneri transfer etməkdən imtina edəcək. Matc.az xəbər verir ki, Premyer Liqa klubu yay fasiləsində Almaniya millisinin üzvünü “Leypsiq”dən 8,5 milyon funt-sterlinqə almaq niyyətində deyil.
Hazırda londonluların heyətində icarə əsaasında çıxış edən 28 yaşlı hücumçu bundan sonrakı nəticələrdən asılı olmayaraq, yayda “Leypsiq”ə qayıdacaq və karyerasını davam etdirmək üçün yeni variantları nəzərdən keçirəcək. Onunla MLS təmsilçisi “Nyu-York Red Bullz” maraq göstərir.
Qeyd edək ki, Timo Verner bu mövsüm “Tottenhem”in heyətində 27 oyunda cəmi 1 qol vura bilib.