06 Mart 2025, 13:57
FUTBOL
Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub. Matc.az xəbər verir ki, təlim-məşq toplanışında olan komandamızda Rövşən Hüseynli heyətdən çıxarılıb.
Buna səbəb qapıçının məşq zamanı zədələnməsi olub. Hazırda millinin düşərgəsində ikisi qapıçı olmaqla 15 futzalçı var. Səfərə isə onlardan 14-ü yollanacaq.
Qeyd edək ki, martın 11-də Afinadakı “Dias Sports Hall”da keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.