06 Mart 2025, 14:32
FUTBOL
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun klubdakı gələcək taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, İstanbul klubu portuqaliyalı mütəxəssislə əməkdaşlığı davam etdirmək niyyətindədi.
Mourinyonun özü də Türkiyədə qalmaq fikrindədi. Klub rəhbərliyi 62 yaşlı çalışdırıcının rəhbərliyi altında komandanın qazandığı nəticələrdən razıdr. Hazırda tərəflər arasında danışıqların getdiyi bildirilib.
Qeyd edək ki, Mourinyonun “Fənərbağça” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.