06 Mart 2025, 14:55
FUTBOL
“Bornmut”da icarə əsasında çıxış edən “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa gələcək karyerası ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, o, növbəti mövsümü hansı klubun heyətində keçirəcəyini dəqiqləşdirib.
30 yaşlı qolkiper yayda “Bornmut”a birdəfəlik transfer olunmaq niyyətindədi. Onun bu qərara gəlməsinə “Çelsi”nin yeni qapıçı almaq fikrinə düşməsi təsir edib.
Qeyd edək ki, Arrisabalaqa bu mövsüm ümumilikdə 23 oyunda meydana çıxıb.