06 Mart 2025, 15:24
FUTBOL
Hesabında 1308,45 xal olan yığmamız siyahıda 75-ci pillədə qərarlaşıb.
Qadınlardan ibarət yığmaların növbəti FIFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişməyib.
Belə ki, hesabında 1308,45 xal olan yığmamız siyahıda 75-ci pillədə qərarlaşıb. Bu isə o deməkdi ki, Siyasət Əsgərovun yetirmələri ötən cədvəldəki mövqeyi qoruyub.
Qeyd edək ki, siyahıya 2069,06 xalla ABŞ yığması rəhbərlik edir.