06 Mart 2025, 16:23
FUTBOL
“Bavariya” ciddi zədə ilə üzləşib. Matc.az xəbər verir ki, Münhen klubunun qapıçısı Manuel Noyer sıradan çıxıb.
O, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayer”lə keçirilən ilk oyununda (3:0) zədələnib. Noyer komandasının vurduğu qolu qeyd edərkən baldır əzələsi dartılıb. Nəticədə təcrübəli qolkiper 58-ci dəqiqədə gənc həmkarı Yonas Urbiqlə əvəzlənib.
Həkimlərin ilkin rəyinə görə, Noyer ən azı 3-4 oyunda komandasına kömək edə bilməyəcək.