Futbol üzrə milli komandamızın Haiti yığması ilə keçirəcəyi yoldaşlıq matçının başlama vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

Martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşə saat 21:45-də start veriləcək.

Qeyd edək ki, millimiz martın 25-də, saat 21:45-də isə Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest