06 Mart 2025, 17:57
FUTBOL
İspaniya yığmasının sabiq hücumçusu Alvaro Neqredo karyerasını başa çatdırıb. Matc.az xəbər verir ki, o, 39 yaşında futbolla vidalaşmaq qərarını verib.
Karyerası ərzində “Sevilya”, “Kadis”, “Almeriya”, “Valensiya”, “Mançester Siti”, “Midlsbro” və "Beşiktaş" klublarında oynamış Neqredonun sonuncu komandası “Valyadolid” olub.
Neqredo İspaniya millisində 21 oyunda 10 qola imza atıb. O, yığmanın heyətində 2012-ci ildə Avropa çempionu adını qazanıb.