07 Mart 2025, 10:10
FUTBOL
"Karvan" heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, bu barədə Yevlax komandasının mətbuat xidməti məlumat yayıb.
I Liqa təmsilçisi özbəkistanlı müdafiəçi Behzid Xolikulovla anlaşıb. Tərəflər arasında cari mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Qeyd edək ki, 20 yaşlı futbolçunun son klubu Özbəkistan təmsilçisi "Soqdiana" olub.