Son avrokubok matçlarından sonra yeni UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, qeydə alınan nəticələrlə əlaqədar olaraq, Azərbaycanın reytinqindəki mövqeyində dəyişiklik baş verib.

Avrokuboklarda təmsilçisi qalmayan və hesabında 19,625 əmsal olan ölkəmiz 30-cu pilləyə geriləyib.

19.968 əmsala çatan Sloveniya iki pillə irəliləyərək 28-ci yerə yüksəlib. 29-cu pillədə qərarlaşan Bolqarıstan isə 19.875 əmsala malikdi.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (107,910 əmsal) başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest