AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.

Toplantıda Misli Premyer Liqasında XXV turun “Turan Tovuz” - “Zirə” oyununda baş verən neqativ halla bağlı hüquqi qiymət verilib.

Belə ki, meydan sahiblərinin azarkeşləri tərəfindən kənar əşya atıldığına görə “Turan Tovuz” 800 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest