07 Mart 2025, 13:23
FUTBOL
43 yaşlı mütəxəssis bu postda Serkan Özbaltanı əvəzləyib.
Yığmamızın futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Çorum”un yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, bu posta “Fənərbağça”nın və Türkiyə yığmasının sabiq futbolçusu Tuncay Şanlı gətirilib.
Bu barədə məlumatı klub rəsmən açıqlayıb. Şanlının son iş yeri “Ümraniyespor” olub.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis “Çorum”un baş məşqçi postunda Serkan Özbaltanı əvəzləyib.