07 Mart 2025, 13:51
FUTBOL
“Qalatasaray” heyətinə yeni futbolçu qatmaq niyyətindədi. Matc.az xəbər verir ki, "sarı-qırmızılılar" “Kopenhagen”in yarımmüdafiəçisi Mohammed Amin Elyunussi ilə yaxından maraqlanır.
İstanbul klubu bununla bağlı artıq hərəkətə keçib və qarşı tərəflə danışıqlara başlayıb. Elyunussi razılıq verərsə, türklər “Kopenhagen” rəhbərliyi ilə təmasa keçəcəklər.
Qeyd edək ki, Elyunussinin Danimarka təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci il yayına qədərdi.