07 Mart 2025, 14:16
FUTBOL
Aleksander İsak “Liverpul”un diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, “qırmızılar” “Nyukasl”ın hücumçusunu yayda transfer etmək imkanını nəzərdən keçirir.
İsveç millisinin üzvü ilə həmçinin “Çelsi”, “Arsenal” və “Barselona” da maraqlanır. Lakin “sağsağanlar” bombardirlərini satmaq niyyətində deyil. Hazırda təxminən 150 milyon funt-sterlinq civarında danışıqlar gedir. Belə təklif olarsa, “Nyukasl” transferə razılıq verə bilər.
Qeyd edək ki, Aleksander İsak 2022-ci ildən “Nyukasl”ın formasını geyinir.