07 Mart 2025, 15:02
FUTBOL
Lionel Messi “İnter Mayami”nin KONKAKAF Çempionlar Liqasının 1/8 final mərhələsində “Kavalier”lə ilk oyun üçün iştirak ərizəsinə salınmayıb. Matc.az xəbə verir ki, əvəzində Luis Suares, Serxio Buskets və Xordi Alba qarşılaşmada iştirak ediblər.
Messi daha öncə MLS-in müntəzəm çempionatında “Hyuston Dinamo” ilə görüşü (4:1) də buraxmışdı. 37 yaşlı argentinalının klubun müəyyən etdiyi plana uyğun hərəkət etdiyi açıqlanıb. Məqsəd onun əzələ yüklənməsi səbəbindən daha uzun müddət meydana çıxa bilməməsinin qarşısını almaqdır.
Qeyd edək ki, “İnter Mayami” öz meydanında Yamayka klubunu 2:0 hesabı ilə məğlub edib. Cavab matçı martın 14-də keçiriləcək.