07 Mart 2025, 15:48
FUTBOL
“Çelsi” yayda heyətini gücləndirmək niyyətindədir. Matc.az xəbər verir ki, İngiltərə klubu “Barselona”nın futbolçularına elçi düşüb.
Londonlular kataloniya klubunun birdən-birə 3 oyunçusuna göz dikib. Belə ki, “zadəganlar” mövsümün sonunda Jül Kunde, Mark Kasado və Fermin Lopesi heyətinə qatmağa çalışacaq.
“Barselona” isə adıçəkilən futbolçularını yalnız astronomik məbləğə satmağa razı olar.