La Liqa rəhbərliyi “Real”ın hücumçusu Vinisius Juniora qarşı təhqirlərə görə polisə müraciət edib. Matc.az xəbər verir ki, təşkilatçılar İspaniya Kubokunda “Real Sosyedad”la matçda rəqib azarkeşlərin braziliyalı hücumçuya ünvanladığı təhqiramiz şüar və jestləri araşdırıb.

Liqa nümayəndələri Bask zonasının muxtar polisi Ertsaintzaya müraciət ediblər. Bununla bağlı bəyanat da hazırlanıb: “Lazımi sübutlar toplanır. Bunlar kadrların araşdırılması, dodaq oxuma üzrə ekspertiza və digər analizlər əsasında əldə olunub”.

Qeyd edək ki, “Real Sosyedad” azarkeşləri Vinisiusa meymun jestləri göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest