“Real”ın sabiq müdafiəçisi Marselo keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun 2009-cu ildə “kral klubu”na transferi barədə danışıb. Matc.az xəbər verir ki, braziliyalı sol cinah müdafiəçisi keçid baş tutmazdan əvvəl portuqaliyalı ilə yaşadığı gərgin anı xatırlayıb.

Marselo hətta Ronaldonun transferinə görə narahatlıq keçirdiyini də gizlətməyib: “Braziliya - Portuqaliya matçında onunla dalaşmışdıq. Çox sürətli idi və məcbur olub ona qarşı qayda pozuntusu etdim. Sonra məni tutdu, mən də eyni ilə cavab vermək istədim, amma çox uzun idi. Bir müddət sonra “Real”ın onu transfer edəcəyini öyrəndim və zarafatla dedim ki, mən klubdan gedirəm. Amma hər şey uğurlu alındı.

Qeyd edək ki, Marselo 2007-ci ildən 2022-ci ilə qədər “Real”da çıxış edib. O, 2022-ci ilin yayında Yunanıstanın “Olimpiakos” klubuna keçib, karyerasını isə 2023-cü ilin noyabrında Braziliyanın “Fluminense” komandasında bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest