"Liverpul" yay "transfer pəncərəsində" 19 yaşlı vinger Kənan Yıldızın transferi üçün "Yuventus"a 80 milyon avro təklif etməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "TuttoJuve" məlumat paylaşıb.

Bildirilir ki, ingilis klubu türk futbolçunu müqaviləsi gələn ilin yayında başa çatacaq 32 yaşlı cinah hücumçusu Məhəmməd Salahın əvəzləyicisi kimi görür. Turin klubunun Yıldız üçün 100 milyon avro almaq istədiyi vurğulanır.

Qeyd edək ki, bu mövsüm 19 yaşlı hücumçu bütün turnirlərdə 40 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 45 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest