08 Mart 2025, 11:15
FUTBOL
"Barselona" hazırda Braziliyanın "Santos" klubunda çıxış edən ulduz cinah oyunçusu Neymarı geri qaytarmaqda maraqlıdır.
Matc.az xəbər verir ki, Kataloniya klubunun bəzi futbolçuları Neymarın transferinə qarşı çıxıblar.
Lamin Yamal və Fermin Lopez braziliyalını klubda görmək istəmir. Hər ikisi Neymarın transferinin komandadakı harmoniyaya və komandanın nəticələrinə mənfi təsir edəcəyini düşünür.
Qeyd edək ki, "Barselona" Neymarın geri qayıtması üçün cari mövsümün sonuna qədər ən azı 15 qol vurmasını istəyir. Bu, onun zədədən sonra yenidən yüksək formada olduğunu təsdiq edəcək.